Bakı. Trend:
ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putini Ukrayna münaqişəsinin sülh yolu ilə həll oluna bilməyəcəyi təqdirdə Vaşinqtonun Kiyevə “Tomahawk” raketləri verəcəyi barədə xəbərdar edə bilər.
Trend-in məlumatına görə, bu barədə D.Tramp jurnalistlərə deyib.
"Ola bilər ki, mən Rusiya ilə “Tomahawk” haqqında danışmalı olacam", - deyə o bildirib.
Tramp sözlərinə görə, “Tomahawk” raketləri “inanılmaz hücum silahıdır”.