...

AİB Bakı metropoliteninin karbonsuzlaşdırılması üzrə layihə çərçivəsində tender elan edib

İqtisadiyyat Materials 13 Oktyabr 2025 10:19 (UTC +04:00)
AİB Bakı metropoliteninin karbonsuzlaşdırılması üzrə layihə çərçivəsində tender elan edib
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı. Trend:

Asiya İnkişaf Bankı (AİB) “Ağıllı və dayanıqlı şəhər nəqliyyatı sistemi yaratmaq məqsədilə Bakı metropoliteninin karbonsuzlaşdırılması” layihəsinin icrası üçün məsləhətçilərin seçiminə start verdiyini elan edib.

Trend bu barədə AİB-in “Consultant Management System” rəsmi portalına istinadən xəbər verir.

Qeyd olunur ki, layihə Bakı metropoliteninin infrastrukturunda karbon emissiyalarının azaldılması, enerji səmərəliliyinin artırılması və “ağıllı texnologiya"ların tətbiqinə dair tədbirlərin hazırlanması və həyata keçirilməsini nəzərdə tutur.

“Məqsəd Azərbaycanın daha ekoloji təmiz və dayanıqlı nəqliyyat sisteminə keçidinə dəstək verməkdir.

Layihənin sifarişçisi Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyidir, onun icrası üçün məsləhətçilərin seçimini isə Asiya İnkişaf Bankı həyata keçirir. Layihənin büdcəsi 400 000 ABŞ dolları təşkil edir və icra müddəti 12 ay nəzərdə tutulub”,- deyə məlumatda bildirilir.

AİB-in məlumatına görə, layihədə iştirak üçün müraciətlərin qəbulu 2025-ci il oktyabrın 25-dək davam edəcək, layihənin icrasına isə 2025-ci ilin dekabrında başlanılması planlaşdırılır.

Bankın tərəfındən məsul şəxs Asiya İnkişaf Bankının enerji üzrə baş mütəxəssisi Rafael Abbasov təyin edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti