Bakı.Trend:
Oktyabrın 11-də və 12-də ölkə ərazisində cinayət törətməkdə şübhəli bilinən 64 nəfər saxlanılıb.
Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, son iki gün ərzində ölkə ərazisində qeydə alınan 72, əvvəlki dövrlərdən bağlı qalan 5 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Həmçinin axtarışda olduğuna görə ümumilikdə 35, o cümlədən borclu şəxs qismində axtarışda olan 20 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.Narkotiklərlə əlaqəli 32, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 12 fakt müəyyən edilib.
Son iki gün ərzində polis əməkdaşlarının keçirdikləri tədbirlərlə itkin düşmüş kimi axtarışı aparılan 6 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.