...

Azad edilmiş daha bir neçə əraziyə köç olacaq

Cəmiyyət Materials 13 Oktyabr 2025 10:38 (UTC +04:00)
Azad edilmiş daha bir neçə əraziyə köç olacaq
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın azad edilmiş ərazilərində bərpa, tikinti və yenidənqurma işləri mərhələli şəkildə davam etdirilir. Bu çərçivədə abadlaşdırılmış ərazilərə keçmiş məcburi köçkünlərin ardıcıl olaraq geri qayıdışı həyata keçirilir.

Trend-in məlumatına görə, azad edilmiş daha bir sıra ərazilərə köç olacaq.

Belə ki, Ağdərə rayonu Çapar kəndinə 50, Xocavənd şəhərinə 620, Güneyxırman kəndinə 210 və Xankəndi şəhərinə 100 məcburi köçkün ailələri köçürüləcək.

Məlumata əsasən, Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsi artıq bununla bağlı müvafiq işləri yekunlaşdırıb.

Qurum məcburi köçkün ailələrinin köçürülməsi ilə bağlı “Pelican Service” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) ilə dəyəri 950 748 manat olan müqavilə bağlayıb.

İşlərin həvalə olunduğu “Pelican Service” MMC 2019-cu ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan şirkətin qanuni təmsilçisi Qurbanov Toğrul Akif oğludur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti