...

Yanvar-sentyabr aylarında pensiya ödənişlərinə yönəldilən vəsaitin həcmi açıqlanıb

Cəmiyyət Materials 13 Oktyabr 2025 11:08 (UTC +04:00)
Yanvar-sentyabr aylarında pensiya ödənişlərinə yönəldilən vəsaitin həcmi açıqlanıb
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin 9 ayında pensiya ödənişlərinə ötən ilin müvafiq dövrünə nisbətən 10 faiz (467 mln. manat) çox olmaqla 5 mlrd. 326 mln. manat vəsait yönəldilib.

Trend xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

Bildirilib ki, 2025-ci ilin əvvəlindən bütün növ pensiyaların 8,1 faiz indeksləşdirilərək artırılması, fevralın 1-dən minimum pensiyanın 14,3 faiz artımla 280 manatdan 320 manata çatdırılması təmin edilib.

Yanvar-sentyabr aylarında 33 min, elektron pensiya təyinatına başlandığı 2019-cu ilin əvvəlindən 171 min pensiya təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti