...

Azərbaycan, İran və Rusiyanın elektrik şəbəkələri üçtərəfli formatda əlaqələndiriləcək

Siyasət Materials 13 Oktyabr 2025 10:47 (UTC +04:00)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Energetika sahəsi üçtərəfli əməkdaşlıq kontekstində yaxşı perspektivlər vəd edir.

Trend-in məlumatına görə, bunu Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev Rusiya Federasiyası və İran İslam Respublikası nümayəndələri ilə keçirilən üçtərəfli görüşdə çıxışı zamanı deyib.

Baş nazirin müavini vurğulayıb ki, hazırda Azərbaycan elektrik şəbəkəsi ilə həm İran, həm də Rusiya elektrik şəbəkələri arasında ayrı ayrılıqda bağlantılar mövcuddur:“Bu əlaqələr elektrik enerjisinin mübadilə və ticarətini həyata keçirməyə imkan verir. Bu sahədə əməkdaşlığımızın gündəliyində duran məsələ Azərbaycan, İran və Rusiyanın elektrik şəbəkələrinin üçtərəfli formatda əlaqələndirilməsi layihəsidir”.

Xəbər lenti

Xəbər lenti