...

Doqquz ayda əhali 23 milyard manatlıq ərzaq məhsulları alıb

İqtisadiyyat Materials 13 Oktyabr 2025 13:05 (UTC +04:00)
Doqquz ayda əhali 23 milyard manatlıq ərzaq məhsulları alıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 23,4 milyard manatlıq ərzaq məhsulları satılıb.

Trend bu barədə Dövlət Statistika Komitəsindən məlumat əldə edib.

Məlumata əsasən, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 1,4% çoxdur.

Ərzaq məhsulları üzrə ticarət dövriyyəsinin yekunda xüsusi çəkisi 50,4% təşkil edib.

Qeyd edək ki, 2025-ci ilin yanvar-sentyabr aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 46,423 milyard manatlıq, o cümlədən 25,359 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 21,064 milyard manatlıq qeyri-ərzaq malları satılıb. 2024-cü ilin yanvar-sentyabr ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,7 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1,3 faiz, qeyri-ərzaq malları üzrə 6,8 faiz artıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti