...

İran Şimal-Cənub dəhlizində yükdaşımanın artırılması üçün addım planı təklif edib

Dünya xəbərləri Materials 13 Oktyabr 2025 13:09 (UTC +04:00)
İran Şimal-Cənub dəhlizində yükdaşımanın artırılması üçün addım planı təklif edib
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

İran, növbəti 3 ay ərzində Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi çərçivəsində yükdaşımanın 15 milyon tona yüksəldilməsi məqsədilə addım planının hazırlanmasını təklif edir.

Trend-in məlumatına görə, bunu İranın yol və şəhərsalma naziri Fərzanə Sadeq bu gün Bakıda keçirilən Azərbaycan, İran və Rusiya üçtərəfli iclasında deyib.

Onun sözlərinə görə, üç ölkə arasında yüklərin daşınmasına şəraitin yaradılması, maneələrin maksimum şəkildə azaldılması addım planında öz əksini tapa bilər.

Sadeq bildirib ki, İran bu sənədin üç ölkə liderlərinin növbəti iclasında imzalanmasını təklif edir.

İranlı nazir əlavə edib ki, Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi çərçivəsində infrastrukturların inkişaf etdirilməsinə gəlincə, dəmiryolu sahəsində 160 km uzunluğunda Rəşt-Astara dəmiryolunun tikintisi istiqamətində Rusiyanın əməkdaşlığı ilə addımlar atılır. Hazırda bu dəmiryolunun keçdiyi ərazinin 80 kilometrinin mülkiyyəti satın alınıb və hamarlanıb. Qalan hissənin də ilin sonunadək satın alınması və tikintisinə başlamaq üçün Rusiya tərəfinə təhvil verilməsi nəzərdə tutulub.

Sadeq deyib ki, İran və Azərbaycan arasında razılaşma əsasında ilin sonunadək Astara dəmiryol terminalında işlər başa çatdırılacaq və bu terminal təm şəkildə istismara veriləcək.

“Azərbaycanı İran vasitəsi ilə Naxçıvana birləşdirən Araz yolunun inkişaf etdirilməsinə gəldikdə, 107 km uzunluğunda Culfa-Kəlalə magistral yolunun genişləndirilməsi, Ağbənd-Kəlalə körpüsünün tikintisində irəliləyiş var. İki ölkə arasında razılaşmaya əsasən ilin sonunadək yeni sərhəd körpüsünün tikintisi başa çatacaq”, - deyə o qeyd edib.

Qeyd edək ki, bu gün Bakıda Azərbaycan, İran və Rusiya nümayəndələrinin iştirakı ilə üçtərəfli iclas keçirilir. İclasda Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi, enerji, gömrük və sairə iqtisadi və ticarət məsələləri müzakirə olunur.

Xəbər lenti

Xəbər lenti