Beyləqan.Trend:
13.10.2025-ci il tarixdə saat 05:00 radələrində Beyləqan rayonunda yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 3 nəfər (kişi) Beyləqan Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
Bu barədə Trend-in sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.
Bildirilir ki, onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travmaları diaqnozu təyin edilib.
"1996-cı il təvəllüdlü şəxsə göstərilən ilkin tibbi yardımlara baxmayaraq 13.10.2025-ci il tarixdə, saat 13:30-da ölüm faktı qeydə alınıb. Digər pasiyentlərin müalicəsi isə Beyləqan Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya və intensiv terapiya şöbəsində davam etdirilir", - qurumdan əlavə olunub.
xxx
14:47
Beyləqan rayon Birinci Şahsevən kəndi ərazisində səhər saatlarında yol nəqliyyat hadisəsi baş verib.
Trend xəbər verir ki, səhər saat 05:00 radələrində Beyləqan rayonunda yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 3 nəfər (kişi) Beyləqan Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
Onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travmaları diaqnozu təyin edilib. Qəza zamanı ağır xəsarət alan qardaşlardan biri ölüb.
Belə ki, xəsarət alan 3 qardaşların biri 1996-cı il təvəllüdlü Elvin Həşimov xəstəxanada həyatını itirib. Qəza zamanı xəsarət alan digər 2 nəfərin müalicəsi xəstəxanada davam etdirilir. Xəsarət alan şəxslərin ANAMA əməkdaşları olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.