...

İran Şimal-Cənub dəhlizi çərçivəsində gömrük əməkdaşlığının artırılmasını təklif edir

Dünya xəbərləri Materials 13 Oktyabr 2025 13:24 (UTC +04:00)
İran Şimal-Cənub dəhlizi çərçivəsində gömrük əməkdaşlığının artırılmasını təklif edir
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

İran Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi çərçivəsində İran, Azərbaycan, Rusiya və Hindistan arasında gömrük əməkdaşlığı anlaşmasının tez bir zamanda yekunlaşdırılaraq imzalanmasını təklif edir.

Trend-in məlumatına görə, bunu İranın yol və şəhərsalma naziri Fərzanə Sadeq bu gün (13 oktyabr) Bakıda keçirilən Azərbaycan, İran və Rusiya üçtərəfli iclasında deyib.

Onun sözlərinə görə, dəhlizlər çərçivəsində gömrük əməkdaşlığının artırılması tranzitin inkişafının önəmli amillərindən biridir.

Sadeq bildirib ki, Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi çərçivəsində İran, Azərbaycan və Rusiya gömrükləri arasında yük və nəqliyyat vasitələrinin məlumatlarının elektron qaydada mübadiləsi lazımi tədbirlərin görülməsi üzrə önəmli məsələlərdən biridir. Bununla əlaqədar bir ay ərzində üç ölkə arasında məlumat mübadiləsinin mexanizminin tənzimlənməsi üçün birgə texniki işçi qrupunun təşkil olunması təklif olunur.

“Üç ölkənin strateji əməkdaşlıq sahələrindən biri enerji sahəsidir. Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizini enerji sahəsinə inkişaf etdirmək və “Enerji Dəhlizi” müəyyənləşdirmək olar. İran davamlı texniki iclasların keçirilməsi ilə elektrik şəbəkəsinin sinxronlaşdırılmasının tez bir zamanda həyata keçirilməsini təklif edir”, - deyə o qeyd edib.

Qeyd edək ki, bu gün Bakıda Azərbaycan, İran və Rusiya nümayəndələrinin iştirakı ilə üçtərəfli iclas keçirilir. İclasda Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi, enerji, gömrük və sairə iqtisadi və ticarət məsələləri müzakirə olunur.

Xəbər lenti

Xəbər lenti