...

Qana futbol millisi dünya çempionatına vəsiqə qazanıb

İdman Materials 13 Oktyabr 2025 02:36 (UTC +04:00)
Qana futbol millisi dünya çempionatına vəsiqə qazanıb

Bakı. Trend:

Qana milli futbol komandası 2026-cı ildə keçiriləcək futbol üzrə dünya çempionatının seçmə mərhələsində Komor adaları yığmasını 1:0 hesabı ilə məğlub edərək çempionatın final mərhələsinə vəsiqə qazanıb.

Trend-in məlumatına görə, Qana yığması 10 turdan sonra 25 xal toplayaraq I qrupunda birinci yeri tutub.

Qana millisi 5-ci dəfə dünya çempionatında çıxış edəcək. Onların ən yaxşı nəticəsi 2010-cu ildə Cənubi Afrikada keçirilən turnirdə 1/4 finala yüksəlmək olub.

Qana dünya çempionatına vəsiqə qazanan 21-ci komanda oldu.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti