Bakı. Trend:
Zəngilan rayonunun Ağalı vә Mәmmәdbәyli kәndlәrinin su tәchizatı vә tullantı su şәbәkә vә qurğularının tikintisi işlərini aparacaq şirkət müəyyənləşdirilib.
Trend-in məlumatına görə, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti artıq bununla bağlı müvafiq işləri yekunlaşdırıb.
Qurum sözügedən işlərin icrasını “Protean Construction” Açıq Səhmdar Cəmiyyətinə (ASC) həvalə edib və müqavilə bağlayıb.
Müqaviləyə əsasən, ASC-yə 4 milyon manat ödənilib.
Qeyd edək ki, işlərin həvalə olunduğu “Protean Construction” ASC 2007-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 160 672 manat olan ASC-nin qanuni təmsilçisi Təhməzov Məhəmməd Ağca oğludur.