Bakı. Trend:
Xəbər verdiyimiz kimi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Qarabağ Universiteti, Komitənin tabeliyindəki Azərbaycan İlahiyyat İnstitutu və Mənəvi Dəyərlərin Təbliği Fondunun birgə təşkilatçılığı ilə Qarabağa səfər davam edir.
Trend xəbər verir ki, Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şironov bu gün Xankəndidə Qarabağ Universitetində jurnalistlərə müsahibə verib.
O bildirib ki, həftənin qeyd olunmasının əsas məqsədi tələbələrə Qarabağın Azərbaycan mənəviyyatındakı əhəmiyyətini izah edilməsidir:
“Bilirsiniz ki, Qarabağ Azərbaycan mənəviyyatının mərkəzlərindən biridir və zəfərimizlə birgə əsas mərkəzinə çevrilib. Bu gündən biz Qarabağ Universitetində mənəvi dəyərlər gününü qeyd edirik. Məruzəçilər dəyərlərimizin mənəviyyatının çıxış edəcəklər. Eyni zamanda Qarabağın Azərbaycanın mənəviyyatıbdakı roluna toxunacaqlar”.
A. Şirinov səfər çərçivəsində Qarabağda olduqları tarixi yerlər barədə də məlumat verib:
“Qarabağ həftəsi, çərçivəsində tələbələrimiz Qarabağın müxtəlif bölgələrində olublar. Bizim tarixi abidələrimizlə tanış olublar. Etni zamanda Qarabağda aparılan quruculuq işləri ilə tanış olublar. Bizim səfərimiz Füzuli rayonundan başladı. İlk olaraq Qarabağ zəfərinə aparan yolun başlanğıcından başladıq. Eyni zamanda Azərbaycan tarixi mənəviyyatı üçün dəyərli olan Xudafərin körpüsü ziyarət edilib. Sonra, Zəngilan məscidində olduq, Laçın şəhəri ziyarət olundu. Daha sonra Şuşa şəhərində olan bir cox mədəni abidələrimizi ziyarət etdik. Yuxarı Gövhər Ağa məscidi, Aşağı Gövhər Ağa məscidi, Saatlı və Mamayı məscidi, həmçinin Mehmandarovların kompleksini eyni zamanda bir çox muzeyləri və həmçinin Qarabağda, Şuşa şəhərində mövcud olan bir çox abidələri ziyarət elədilər”.
Rektor bu cür tədbirlərin davamlı olacağını, yetişməkdə olan gənclərin dəyərlərimizin tanıdılması yolunda böyük potensiala malik olduqlarını vurğulayıb:
“Bundan sonrada səfərimiz davam edəcək. Biz Ağdam şəhərində məscidi ziyarət edəcəyik. Orada olan quruculuq işlərilə tanış olacağıq. Daha sonra tələbələrimiz Bərdə şəhərinədə gedərək orda İmamzadə kompleksində olacaqlar. Bununla da da mənəvi dəyərlər həftəsinə yekun vurulacaq. Bir daha qeyd edirəm ki, əsas məqsədimiz gənclərimizdə milli-mənəvi dəyərlər şüurunu daha da möhkəmləndirək. Gənclərimiz dünyada mənəvi dəyərlərimizin təbliğatçısına çevrilsinlər. Şükür ki, bu gün gənclərimizdə milli mənəvi dəyərlərimizə böyük dəyər verən gəncliyin yetişdiyini şahidi oluruq”.