Bakı. Trend:
Ermənistanda istintaq orqanı həbs olunmuş rusiyalı biznesmen Samvel Karapetyana bu dəfə iqtsadi xarakterli ittiham irəli sürüb.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə onun vəkil qrupunun mətbuat xidməti bəyanat yayıb.
“İstintaq orqanı bu yaxınlarda davam edən qanunsuzluqla bağlı yeni bir mərhələ müəyyən ediblər: onlar heç bir müvafiq məlumat, minimal hüquqi və qanuni əsas olmadan növbəti iqtisadi xarakterli ittiham irəli sürüblər,” – deyə Karapetyanın müdafiə tərəfinin bəyanatında bildirilir.
İyunun 18-də Ermənistan Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları Karapetyanı saxlayıblar. Ona hakimiyyəti ələ keçirməyə açıq çağırışlar etmə ittihamı irəli sürülüb. Ermənistanın İrəvan şəhər məhkəməsi onun barəsində iki aylıq həbs qətimkan tədbiri seçib. Avqustun 15-də isə Ermənistanın Antikorrupsiya Məhkəməsi onun həbs müddətini daha iki ay müddətinə uzadıb.