...

"Barselona"da itki - 2 həftə meydanda olmayacaq

İdman Materials 13 Oktyabr 2025 14:42 (UTC +04:00)

Bakı. Trend:

"Barselona"nın futbolçusu Dani Olmo zədələnib.

Trend xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi artıq tibbi müayinədən keçib.

Onun zədə səbəbindən təxminən 3 həftə meydana çıxa bilməyəcəyi müəyyənləşib. Olmoya sol ayağın alt əzələsinin kiçik yırtığı diaqnozu qoyulub. Onun La Liqada "Jirona" və Çempionlar Liqasında "Olimpiakos"la oyunları buraxacağı dəqiqləşib.

Qeyd edək ki, Dani 2024-cü ilin yayından "Barselona"nın futbolçusudur.

Xəbər lenti

Xəbər lenti