...

Tərtərdə iki avtomobil toqquşub, xəsarət alan var (FOTO)

Hadisə Materials 12 Oktyabr 2025 20:59 (UTC +04:00)
Tərtərdə iki avtomobil toqquşub, xəsarət alan var (FOTO)
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün saat 17:10 radələrində Tərtər rayonu, Qaradağlı kəndi ərazisində "Opel" və "Lada" markalı minik avtomobillərinin toqquşması nəticəsində yol-nəqliyyat qəzası baş verib.

Trend xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Nəticədə "Lada" markalı minik avtomobilinin sürücüsü, 1998-ci il təvəllüdlü Əliyev Orxan Camal oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq avtomobildə sıxılı vəziyyətdə qalıb.

Bu zaman xidmətdən kənar vaxtda həmin ərazidə olan Fövqəladə Hallar Nazirliyi Qarabağ Regional Mərkəzinin əməkdaşı, daxili xidmət baş çavuşu Mirişov Elxan Əhməd oğlu dərhal qəza yerinə yaxınlaşaraq, sürücünü deformasiyaya uğramış avtomobildən çıxararaq ilkin yardım göstərib və onu xilas edərək təcili tibbi yardım briqadasına təhvil verib.

Xəbər lenti

Xəbər lenti