...

Fələstin prezidenti və Qətər əmiri Qəzza ilə bağlı "sülh sammiti"ndə iştirak edəcəklər

Dünya xəbərləri Materials 12 Oktyabr 2025 22:32 (UTC +04:00)

Bakı. Trend:

Fələstin prezidenti Mahmud Abbas və Qətər əmiri Şeyx Təmim bin Həməd Al Tani oktyabrın 13-də Qəzza zolağında atəşkəsə həsr olunan “sülh sammitində” iştirak edəcəklər.

Trend-in məlumatına görə, bu barədə "As-Shorouq" portalı xəbər verib.

Məlumata əsasən, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da sammitin keçiriləcəyi Şarm əl-Şeyxə gələcək.

Xəbər lenti

Xəbər lenti