...

Azərbaycan cüdoçuları Peruda keçirilən Qran-pridə dörd medal qazanıblar (FOTO)

İdman Materials 12 Oktyabr 2025 04:15 (UTC +04:00)
Azərbaycan cüdoçuları Peruda keçirilən Qran-pridə dörd medal qazanıblar (FOTO)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Perunun paytaxtı Lima şəhərində cüdo üzrə Qran-pri turniri start götürüb.

Trend xəbər verir ki, yarışın ilk günündə Azərbaycan cüdoçuları bir gümüş və üç bürünc medal əldə ediblər.

Könül Əliyeva (-48 kq) üçüncü yer uğrunda görüşdə portuqaliyalı Katarina Kostoya vaza-ari xalı ilə qalib gələrək bürünc medal qazanıb.

Əhməd Yusifov (-48 kq) finalda israilli İshak Aşpizə (0:1) məğlub olaraq gümüş medal əldə edib.

Ruslan Paşayev (-66 kq) braziliyalı Robert Limanı, Rəşad Yelkiyev (-66 kq) isə ukraynalı Mikita Qoloborodkonu məğlub edərək hər ikisi bürünc medal qazanıblar.

Beləliklə, Azərbaycan komandası Qran-prinin ilk gününü dörd medalla – bir gümüş və üç bürünc medalla başa vurub.

Xəbər lenti

Xəbər lenti