Bakı. Trend:
21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində üçüncü oyununa çıxıb.
Trend-in məlumatına görə, B qrupunda yer alan millimiz Çexiyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. Karvina şəhər stadionunda keçirilən görüş meydan sahiblərinin 5:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, U-21 millimiz qrupda dördüncü görüşünü oktyabrın 14-də Bakıda Şotlandiya yığmasına qarşı keçirəcək.