...

Zəngəzur dəhlizi bölgə üçün həyati əhəmiyyət daşıyır - Rəşad Nəbiyev (FOTO)

Cəmiyyət Materials 10 Oktyabr 2025 17:43 (UTC +04:00)
Zəngəzur dəhlizi bölgə üçün həyati əhəmiyyət daşıyır - Rəşad Nəbiyev (FOTO)
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Brüsseldə keçirilən “Global Gateway Forum 2025” çərçivəsində təşkil olunan Qara dəniz – Strateji Tərəfdaşlıq Panelində iştirak edib.

Trend xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi məlumat yayıb.

Bildirilib ki, paneldə çıxış edən nazir Azərbaycanın Avrasiya məkanında artan geoiqtisadi rolu, nəqliyyat və rəqəmsallaşma sahəsində həyata keçirdiyi innovativ layihələr nəticəsində ölkəmizin Avropa ilə Asiya arasında təhlükəsiz və sürətli məlumat dəhlizi, eləcə də rəqəmsal körpü kimi formalaşması istiqamətində atılan addımlar barədə məlumat verib.

Rəşad Nəbiyev bildirib ki, infrastruktur sahəsində əldə edilən uğurlar təkcə milli deyil, eyni zamanda regional davamlılığa da xidmət edir. Nazir Bakı – Naxçıvan – Qars və Zəngəzur dəhlizlərinin bölgədə dayanıqlı və çevik nəqliyyat bağlantısının qurulması baxımından həyati əhəmiyyət daşıdığını vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti