...

DÇ-2026: Fransa doğma meydanda Azərbaycan millisini məğlub edib (YENİLƏNİB-5)

İdman Materials 11 Oktyabr 2025 00:43 (UTC +04:00)
DÇ-2026: Fransa doğma meydanda Azərbaycan millisini məğlub edib (YENİLƏNİB-5)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsində Parisdə keçirilən Fransa-Azərbaycan oyunu başa çatıb.

Trend-in məlumatına görə, “Park de Prens” stadionunda oynanılan görüş meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Rəqibin heyətində qolları Kilian Mbappe, Adrien Rabyo və Floryen Toven vurublar.

Matçı norveçli FIFA referisi Rohit Saqqi idarə edib.

Üç turdan sonra 1 xalı olan Azərbaycan millisi qrupda sonuncu yerdə qərarlaşıb.

Qeyd edək ki, Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv qrupda 4-cü oyununu oktyabrın 13-də Polşada Ukraynaya qarşı keçirəcək.

xxx

00:37

DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsində Parisdə keçirilən Fransa – Azərbaycan oyununda üçüncü qol vurulub.

Trend-in məlumatına görə, “Park de Prens” stadionunda oynanılan görüşün 84-cü dəqiqəsində rəqibin heyətində Florian Tauvin fərqlənib.

Matçı norveçli FIFA referisi Rohit Saqqi idarə edir.

xxx

00:22

DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsində Parisdə keçirilən Fransa-Azərbaycan oyununda ikinci qol vurulub.

Trend-in məlumatına görə, “Park de Prens” stadionunda oynanılan görüşün 69-cu dəqiqəsində rəqibin heyətində Adrien Rabyo diqqət mərkəzində düşüb.

Matçı norveçli FIFA referisi Rohit Saqqi idarə edir.

xxx

23:55

DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsində Parisdə keçirilən Fransa-Azərbaycan oyununda ikinci hissə başlayıb.

Trend-in məlumatına görə, “Park de Prens” stadionunda oynanılan görüşün ilk yarısından sonra rəqib 1:0 hesabı ilə qalib gəlir.

Matçı norveçli FIFA referisi Rohit Saqqi idarə edir.

xxx

23:39

DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsində Parisdə keçirilən Fransa-Azərbaycan oyununda ilk hissə başa çatıb.

Trend-in məlumatına görə, rəqib “Park de Prens” stadionunda oynanılan görüşün fasiləsinə 1:0 hesablı üstünlüklə yollanıb.

Qolu 45+2-ci dəqiqədə Kilian Mbappe vurub.

Matçı norveçli FIFA referisi Rohit Saqqi idarə edir.

xxx

22:50

DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsində Parisdə keçirilən Fransa-Azərbaycan oyunu başlayıb.

Trend-in məlumatına görə, “Park de Prens” stadionunda oynanılan görüş Bakı vaxtı ilə saat 22:45-də start götürüb.

Matçı norveçli FIFA referisi Rohit Saqqi idarə edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti