...

Azərbaycan XİN Qəzzada atəşkəsin təmin olunmasını alqışlayıb

Siyasət Materials 10 Oktyabr 2025 20:01 (UTC +04:00)
Azərbaycan XİN Qəzzada atəşkəsin təmin olunmasını alqışlayıb
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Qəzzada atəşkəsin təmin olunması, girov və məhbusların azad edilməsi, humanitar yardımın Qəzzaya maneəsiz şəkildə çatdırılması və yenidənqurma işlərinin aparılması istiqamətində əldə edilmiş razılaşmanı alqışlayırıq.

Trend xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi "X" sosial şəbəkəsində yazıb.

"Ümid edirik ki, razılaşmanın bütün mərhələləri lazımi şəkildə həyata keçiriləcək və regionda ədalətli və davamlı sülhün təmin olunması üçün səylər artırılacaq.

Bu nəticənin əldə olunmasına vasitəçilik edən Amerika Birləşmiş Ştatları, Türkiyə, Qətər və Misirin səylərini təqdir edirik", - deyə paylaşımda qeyd olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti