...

Beynəlxalq konfrans iştirakçıları Zəngilan məscidində ibadət ediblər (FOTO) (YENİLƏNİB)

Cəmiyyət Materials 11 Oktyabr 2025 15:05 (UTC +04:00)
Beynəlxalq konfrans iştirakçıları Zəngilan məscidində ibadət ediblər (FOTO) (YENİLƏNİB)
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Zəngilan. Trend:

İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində “İtkin düşmüş şəxslər probleminin həlli üçün səylərin birləşdirilməsi və əməkdaşlığın genişləndirilməsi” mövzusunda beynəlxalq konfrans iştirakçılarının Zəngilan məscidində namaz qalıblar.

Trend-in Qarabağ bürosunun xəbərinə görə, konfrans iştirakçılarının işğaldan azad olunmuş ərazilərə səfəri çərçivəsində onlar Zəngilan şəhərində yeni inşa olunan məsciddə olublar. Onlara məscid haqqında məlumat verilib, daha sonra səfər iştirakçıları məsciddə dualar oxuyub namaz qılıblar.

Qeyd edək ki, Zəngilan məscidi, 2020-ci ildə Zəngilan azad edildikdən sonra tarixi İmam Hüseyn məscidinin qalıqları bərpa edilmiş, yanında isə 2023-cü il aprelin 26-da Prezident İlham Əliyev tərəfindən yeni məscidin təməli qoyulub və inşa edilib.

xxx

15:05

Trend-in Qarabağ bürosunun xəbərinə görə, konfrans iştirakçılarının işğaldan azad olunmuş ərazilərə səfəri çərçivəsində işğaldan azad olunmuş Zəngilan rayonuna gəliblər. Konfrans iştirakçıları Zəngilan rayonuna səfəri zamanı yenidən qurulan Ağalı kənd mərkəzindəki "ZƏFƏR" abidəsini ziyarət edib.

Səfər iştirakçılarının Zəngilan rayonu Ağalı kəndində əhalinin qayıdışı üçün yaradılan şəraitlə tanış olublar.

Qeyd edək ki, ötən gün, konfrans iştirakçıları günün birinci yarısında Ağdərə rayonunun Ballıqaya kəndi ərazisində aşkarlanan kütləvi məzarlıq, Şuşa şəhərində azərbaycanlı əsirlərin saxlandığı Şuşa həbsxanası ilə də tanış olublar

Xəbər lenti

Xəbər lenti