...

ABŞ-də atışma baş verib

Dünya xəbərləri Materials 11 Oktyabr 2025 19:04 (UTC +04:00)
ABŞ-də atışma baş verib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ-nin Missisipi ştatında baş verən atışma nəticəsində azı 4 nəfər həyatını itirib, 12 nəfər yaralanıb.

Trend xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanlarına istinadən "CBS" telekanalı məlumat yayıb.

Hadisə Leland şəhərində qeydə alınıb. Şəhərin meri Con Linin sözlərinə görə, atışma gecə yarısı baş verib və dörd yaralı yerli xəstəxanalara çatdırılıb.

Yaralıların vəziyyəti barədə hələlik məlumat verilməyib. Hadisə ilə bağlı şübhəli şəxs müəyyən edilməyib, istintaq davam edir.

Xəbər lenti

Xəbər lenti