...

Azərbaycanda depo hesablarının sayı 11%-ə yaxın artıb

İqtisadiyyat Materials 10 Oktyabr 2025 16:43 (UTC +04:00)
Azərbaycanda depo hesablarının sayı 11%-ə yaxın artıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin 3-cü rübünün sonuna Milli Depozit Mərkəzində (MDM) mövcud depo hesablarının sayı 173 865-ə çatıb.

Trend MDM-ə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 16 943 vahid və ya 10,8% çoxdur.

Məlumata görə, depo hesablarının 99,1%-i və yaxud 172 226-sı fiziki şəxslərə, 0,9%-i və yaxud 1 639-u isə hüquqi şəxslərə məxsus olub.

Hesabat tarixinə MDM-də ümumilikdə 103 056 aktiv hesab olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 5,1% və ya 5 525 vahid azdır.

Aktiv depo hesablarının 102 402-si fiziki şəxslərə, 654-ü isə hüquqi şəxslərə aid olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti