...

Paytaxt sakini itkin düşüb (FOTO)

Cəmiyyət Materials 10 Oktyabr 2025 15:59 (UTC +04:00)
Paytaxt sakini itkin düşüb (FOTO)
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Paytaxt sakini itkin düşüb.

Trend xəbər verir ki, bu barədə DİN nəlumat yayıb.

Bildirilib ki, Xəzər rayon sakini 32 yaşlı Aygün Həsənova yaşadığı ünvandan çıxıb naməlum istiqamətə gedərək bir daha geri qayıtmayıb.

A.Həsənovanın əlamətləri: boyu 160 sm, arıq bədən quruluşludur. Evdən çıxan zaman əynində qara rəngli şalvar və qara rəngli jaket olub. Onun ruhi-əsəb xəstəliklərindən əziyyət çəkdiyi bildirilir.

Şəkildəki şəxsi görənlərdən və haqqında məlumatı olanlardan DİN-in "102” Xidməti Zəng Mərkəzi və sosial şəbəkələrdəki rəsmi səhifələrinə, həmçinin Xəzər Rayon Polis İdarəsinin (012) 590-22-39, (012) 453-02-02 şəhər nömrələri və (050) 222-82-80, (070) 529-26-23 mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti