Bakı. Trend:
ABŞ prezidenti Donald Tramp Pekinlə çətin ticarət əlaqələrinə baxmayaraq, bu payızın sonunda Çin prezidenti Si Cinpinlə görüşə biləcəyini ehtimal edib.
Trend-in məlumatına görə, bu barədə ABŞ prezidenti Ağ Evdə jurlanistlərə deyib.
"Mən orada olacam. Və düşünürəm ki, bəlkə görüş baş tutacaq", - deyə D.Tramp Ağ Evdə jurnalistlərə 2025-ci il oktyabrın 31-dən noyabrın 1-dək Cənubi Koreyada keçiriləcək APEC sammitindən danışarkən deyib.
Tramp həmçinin Çinə qarşı ixraca nəzarət tədbirləri tətbiq edə biləcəyi barədə xəbərdarlıq edib.
"Mən daha çox tədbir görə bilərəm - bu, təyyarələrə, təyyarələrin ehtiyat hissələrinə aid ola bilər", - deyə o qeyd edib. Xüsusilə, Tramp vurğulayıb ki, Çin fəal şəkildə "Boeing" şirkətindən təyyarə alır və "onların ehtiyat hissələrinə ehtiyacı var".