...

“Xaç atası”nın ulduzu Dayan Kiton vəfat edib

Dünya xəbərləri Materials 11 Oktyabr 2025 23:57 (UTC +04:00)
“Xaç atası”nın ulduzu Dayan Kiton vəfat edib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Məşhur aktrisa Dayan Kiton 79 yaşında dünyasını dəyişib.

Trend xəbər verir ki, bu barədə "Variety" məlumat yayıb.

Kiton 1970-ci illərdə Hollivudun ən tanınan simalarından biri olmuş, Francis Ford Coppola-nın filmlərində iştirak etmişdi. “Enni Hol” komediyasında baş rol oynadığı üçün “Oskar” mükafatı ilə təltif edilmişdi.

Aktrisa ömrünün sonuna qədər ailə həyatı qurmamış, lakin iki uşağı — övladlığa götürdüyü qızı Dekster və oğlu Dyuku böyütmüşdü.

Xəbər lenti

Xəbər lenti