...

Braziliya millisinin üzvü "Qalatasaray"ın hədəfində

İdman Materials 11 Oktyabr 2025 16:36 (UTC +04:00)
Braziliya millisinin üzvü "Qalatasaray"ın hədəfində

Bakı. Trend:

PSJ-nin müdafiəçisi Lukas Beraldo karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.

Trend Türkiyə KİV-nə istinadən xəbər verir ki, "Qalatasaray" braziliyalı futbolçunu transfer etmək istəyir.

İstanbul nəhəngi Beraldonu yanvar ayında heyətinə qatmağa çalışacaq. "Sarı-qırmızılar"ın planı 21 yaşlı mərkəz müdafiəçisini satınalma bəndi ilə icarəyə götürməkdir.

Qeyd edək ki, PSJ Lukas Beraldonu 2024-cü ilin yanvar ayında "San Paulo"dan transfer edib. Braziliya millisinin üzvü bu mövsüm Paris təmsilçisinin heyətində meydana çıxdığı 10 rəsmi matçda 1 qol vurub.

Xəbər lenti

Xəbər lenti