...

Vəkillər Kollegiyasının vəsaitinin mənbələri artırılır

Cəmiyyət Materials 10 Oktyabr 2025 15:48 (UTC +04:00)
Vəkillər Kollegiyasının vəsaitinin mənbələri artırılır
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Vəkillər Kollegiyasının vəsaitinin mənbələri artırılır.

Trend-in məlumatına görə, bu məsələ Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunan "Vəkillər və vəkillik fəaliyyəti haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Layihəyə əsasən, Vəkillər Kollegiyasının vəsaiti daxil olan üzvlük haqqından, order markasına görə ödənişdən, bu Qanunun 16-cı maddəsinin 2-ci hissəsində nəzərdə tutulmuş vəsaitdən və qanunla qadağan edilməyən digər mənbələrdən formalaşacaq.

16-cı maddəsinin 2-ci hissəsində bildirilib ki, vəkilin qanun pozuntusuna yol verməsi nəticəsində müdafiə edilən və yaxud təmsil edilən şəxsin əmlakına bilavasitə zərər dəyərsə, buna vəkil maddi məsuliyyət daşıyır. Müdafiə edilən və ya təmsil edilən şəxslər qarşısındakı məsuliyyətinə zəmanət vermək məqsədi ilə vəkillərin sığorta bank hesabı yaradılır. Hər bir vəkil hər ay həmin hesaba aylıq gəlirinin 2 faizini keçirir. Hər hansı vəkil tərəfindən vurulmuş ziyanın ödənilməsi üçün onun vəsaiti kifayət etmədikdə məhkəmə qərarına əsasən vəkillərin sığorta bank hesabı vəsaitindən istifadə edilir. Belə hallarda Vəkillər Kollegiyasının Rəyasət Heyəti mülki qanunvericiliklə müəyyən edilmiş qaydada sığorta bank hesabından ödənilmiş vəsaiti ziyan vurmuş vəkildən tələb etməlidir.

Mövcud qanunvericiliyə görə isə, Vəkillər Kollegiyasının vəsaiti ona daxil olan üzvlük haqqından yaranır. Vəkillik fəaliyyətinin bu Qanunla müəyyən edilmiş hallarda dayandırıldığı dövrdə üzvlük haqqı ödənilmir.

Qanun layihəsi səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti