...

Biometrik nəzarət sistemlərində müəyyən boşluq və zəifliklər mövcuddur - Aydın Verdiyev

Cəmiyyət Materials 10 Oktyabr 2025 16:34 (UTC +04:00)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Biometrik nəzarət sistemləri bu gün nəqliyyatda, obyektlərə giriş-çıxışda və bir sıra digər sahələrdə geniş tətbiq olunur. Lakin digər nəzarət sistemlərində olduğu kimi, biometrik nəzarət sistemlərində də müəyyən boşluqlar və zəifliklər mövcuddur.

Trend xəbər verir ki, bunu Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsinin Kibertəhlükəsizlik şöbəsinin rəisi Aydın Verdiyev “CIDC 2025 – Critical Infrastructure Defence Challenge” kibertəhlükəsizlik festivalı çərçivəsində baş tutan “Səni tanıyan şəhər: Biometrik nəzarət, toplanan data, insan hüquqları, mühafizə yolları - hansı daha vacibdir?” adlı panel sessiyada çıxışı zamanı deyib.

Şöbə rəisi bildirib ki, kibercinayətkarlar bu zəifliklərdən istifadə edərək istifadəçilərin məlumatlarını ələ keçirə, səlahiyyətlərini mənimsəyə və ya şəxsi təqlid edə bilərlər:

“Bu səbəbdən biometrik nəzarət sistemlərinin təhlükəsizliyinin təmin olunması məqsədilə bir sıra müdafiə mexanizmləri və tədbirləri həyata keçirilməlidir:

1. Əlavə təsdiqləmə mərhələləri – İstifadəçi qeydiyyatı zamanı yalnız bir biometrik göstərici ilə kifayətlənmək olmaz. Əlavə təsdiqləmə (məsələn, PIN kod, davranış əsaslı təsdiq və s.) daha təhlükəsiz mühit yarada bilər.

2. Çoxmodullu biometrik nəzarət sistemləri – Tək bir biometrik göstəriciyə əsaslanmaq risklidir. Barmaq izi, üz tanıma ilə yanaşı, səs tanıma, göz bəbəyi skaneri və digər üsullarla birgə istifadə sistemin təhlükəsizliyini artırır”.

Xəbər lenti

Xəbər lenti