...

Azərbaycan türk dövlətləri ilə "Birlik - 2025" hərbi təlimində iştirak edəcək

Hadisə Materials 11 Oktyabr 2025 18:06 (UTC +04:00)
Azərbaycan türk dövlətləri ilə "Birlik - 2025" hərbi təlimində iştirak edəcək
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Özbəkistan Respublikasının Səmərqənd vilayətində keçiriləcək "Birlik - 2025" birgə regional təlimində iştirak edəcək Azərbaycan Ordusunun bir qrup hərbi qulluqçusu bu ölkəyə yola düşüb.

Trend xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, Azərbaycan, Qazaxıstan, Tacikistan, Qırğızıstan və Özbəkistan respublikalarından komando və PUA heyətlərinin iştirak edəcəyi birgə regional təlimin məqsədi iştirakçı ölkələrin hərbi qulluqçularının antiterror əməliyyatlarında peşəkarlıqlarının daha da artırılması, regionda dayanıqlı sülhün qorunması və qarşılıqlı təcrübə mübadiləsinin aparılmasıdır.

"Birlik - 2025" birgə regional təlimi oktyabrın 21-dək davam edəcək

Xəbər lenti

Xəbər lenti