...

Filippin sahillərində 6 bal gücündə zəlzələ baş verib

Dünya xəbərləri Materials 11 Oktyabr 2025 19:46 (UTC +04:00)
Filippin sahillərində 6 bal gücündə zəlzələ baş verib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Filippin sahillərində 6 bal gücündə zəlzələ qeydə alınıb.

Trend xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata görə, yeraltı təkanların episentri Mindanao adasında yerləşən, təxminən 309 min nəfər əhalisi olan Butuan şəhərindən 94 km şərqdə olub. Zəlzələnin ocağı 59 km dərinlikdə yerləşib.

Tələfat və dağıntılar barədə hələlik məlumat verilməyib.

Xəbər lenti

Xəbər lenti