...

Son 1 həftədə Bakı və Zaqatalada yaşıllıqlara 135 560 manat ziyan dəyib

Hadisə Materials 10 Oktyabr 2025 18:11 (UTC +04:00)
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Son bir həftə ərzində keçirilən nəzarət tədbirləri zamanı Bakı şəhəri və Zaqatala rayonunun inzibati ərazilərində yaşıllıqların qanunsuz kəsilməsi halları aşkar olunub.

Bu barədə Trend-ə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən məlumat verilib.

Bildirlib ki, araşdırma zamanı Bakı şəhəri Xətai rayonu Xəqani Rüstəmov küçəsi və 8 Noyabr prospekti, Yasamal rayonu Şəfaət Mehdiyev küçəsi, Xəzər rayonu Qala-Pirallahı avtomobil yolunun kənarında və Zaqatala rayonu Əliabad qəsəbəsi ərazisində ağacların qanunsuz kəsilməsi nəticəsində yaşıllıqlara 135 560 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.

Hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilməsi üçün hazırlanır.

Xəbər lenti

Xəbər lenti