...

Naxçıvanda qanunsuz miqrasiya vəd edən şəxs saxlanılıb (FOTO)

Hadisə Materials 10 Oktyabr 2025 09:44 (UTC +04:00)
Naxçıvanda qanunsuz miqrasiya vəd edən şəxs saxlanılıb (FOTO)
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Naxçıvanda xaricə qanunsuz miqrasiya vədi ilə dələduzluq edən şəxs saxlanılıb.

Trend xəbər verir ki, Sədərək Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə 33 yaşlı Vüsal Quliyev məsuliyyətə cəlb edilib.

Aparılan araşdırmalarla müəyyən edilib ki, həmin şəxs bir vətəndaşı xarici ölkə ərazisinə qanunsuz yolla keçirəcəyini vəd etməklə, ona qarşı dələduzluq törədib və 1 800 ABŞ dolları məbləğində pul vəsaitini ələ keçirib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti