...

Qazaxıstan Milli Bankı uçot dərəcəsi ilə bağlı vacib qərar qəbul edib

Dünya xəbərləri Materials 10 Oktyabr 2025 13:13 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Qazaxıstanın Milli Bankı illik uçot dərəcəsinin 16,5 faizdən 18 faizə qaldırılması ilə bağlı qərar qəbul edib.

Trend xəbər verir ki, bu barədə Qazaxıstan Milli Bankının mətbuat xidməti məlumat yayıb.

“Qazaxıstan Respublikası Milli Bankının pul-kredit siyasəti üzrə komitəsi uçot dərəcəsinin ±1 faiz bəndi diapazonu ilə illik 18 faiz səviyyəsində müəyyən edilməsi ilə bağlı qərar qəbul edib.İnflyasiyanın sürətlənməsi, tələbin təklifin genişlənməsini üstələməsinin əlamətləri və fəal fiskal siyasət fonunda pul-kredit şərtlərinin yumşaldılması inflyasiya dinamikasının sabitləşdirilməsi və inflyasiya spiralının yaranması risklərinin qarşısının alınması üçün əhəmiyyətli tədbir tələb edirdi", - məlumatda qeyd olunur.

Xatırladaq ki, avqustun 29-da Mərkəzi Bank əsas uçot dərəcəsinin illik 16,5% səviyyəsində saxlanılması ilə bağlı qərar qəbul etmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti