...

Sabahın hava PROQNOZU

Cəmiyyət Materials 10 Oktyabr 2025 12:49 (UTC +04:00)
Sabahın hava PROQNOZU
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Trend xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, şimal-qərb küləyi gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə +15 dərəcədən +18 dərəcəyədək, gündüz +20 dərəcədən +24 dərəcəyədək olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunu, nisbi rütubət isə gecə 75-80 %, gündüz 55-65 % təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə +14 dərəcədən +17 dərəcəyədək, gündüz +21 dərəcədən +26 dərəcəyədək, dağlarda gecə +5 dərəcədən +10 dərəcəyədək, gündüz +10 dərəcədən +15 dərəcəyədək olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti