...

Prezident İlham Əliyev Düşənbədə MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclasında iştirak edib (FOTO/VİDEO) (YENİLƏNİB)

Siyasət Materials 10 Oktyabr 2025 13:02 (UTC +04:00)
Prezident İlham Əliyev Düşənbədə MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclasında iştirak edib (FOTO/VİDEO) (YENİLƏNİB)
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Düşənbə. Trend:

Oktyabrın 10-da Düşənbədə MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib.

Trend xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iclasda iştirak edib.

Tədbirdə Tacikistan Prezidenti Emoməli Rəhmon, Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov, Müstəqil Dövlətlər Birliyinin (MDB) Baş katibi Sergey Lebedev və Birliyin MDB İnsan hüquqları komissiyasının sədri, Rusiyanın insan hüquqları üzrə müvəkkili Tatyana Moskalkova çıxış ediblər.

Sonra tədbirin yekun sənədləri imzalanıb.

İclasda Tacikistan Prezidenti Emoməli Rəhmona "Humanitar əməkdaşlığın inkişafında xidmətlərə görə” medalı təqdim olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti