Bakı.Trend:
Qusarda əkin sahələrini yandıran 3 nəfər məsuliyyətə cəlb olunub.
Trend xəbər verir ki, bu barədə DİN məlumat yayıb.
Bildirilib ki, Qusar rayonunun müxtəlif ərazilərində biçilmiş taxıl sahələrini yandırmaqda şübhəli bilinən rayon sakinləri B.Xeyrullayev, O.Mehdixanov və M.Cəfərov müəyyən olunublar. Hər üç şəxs barəsində Rayon Polis Şöbəsində qanunamüvafiq tədbir görülüb.
Araşdırma aparılır.