...

Azad olunmuş ərazilərdə daha 20 ailə üçün özünüməşğulluq çərçivəsində kiçik bizneslər yaradılıb

Gündəm Materials 10 Oktyabr 2025 14:27 (UTC +04:00)
Azad olunmuş ərazilərdə daha 20 ailə üçün özünüməşğulluq çərçivəsində kiçik bizneslər yaradılıb
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi işğaldan azad olunmuş ərazilərimizə köçürülmüş sakinlər üçün özünüməşğulluq proqramının icrasını davam etdirir.

Trend xəbər verir ki, bu barədə Dövlət Məşğulluq Agentliyi məlumat yayıb.

Bildirilib ki, bu dəfə Ağdərə, Cəbrayıl, Laçın və Zəngilan rayonlarında daha bir qrup sakinə proqram çərçivəsində mal və materiallar təqdim edilib.

Verilmiş aktivlər hesabına sakinlər kişi bərbərxanası, avtoçilingər, un məmulatları istehsalı, kiçik dərzi sexi, qadın gözəllik salonu, qoyunçuluq, keçiçilik, arıçılıq və s. istiqamətlər üzrə kiçik bizneslərini yaradıblar.

Proqram iştirakçıları onlara göstərilən dəstəyə görə Prezident İlham Əliyevə təşəkkürlərini ifadə ediblər. Onlar özünüməşğulluq proqramı çərçivəsində qurduqları təsərrüfatlarını daim genişləndirməyə səy göstərəcəklərini bildiriblər.

Böyük Qayıdış proqramı çərçivəsində doğma yurdlarına köçürülmüş sakinlərdən artıq 500-ə yaxın ailə özünüməşğulluq proqramı çərçivəsində öz təsərrüfatlarını qurub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti