...

"Azneft" Sinqapur şirkətləri ilə Anlaşma Memorandumu imzalayıb

Energetika Materials 10 Oktyabr 2025 11:52 (UTC +04:00)
"Azneft" Sinqapur şirkətləri ilə Anlaşma Memorandumu imzalayıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azneft" İstehsalat Birliyi ilə Sinqapurun "Kranji Solution" və "MySep Pte" şirkətləri arasında Anlaşma Memorandumu imzalanıb.

Trend "Azneft"ə istinadən xəbər verir ki, sənədi "Azneft" İB-nin baş mühəndisi-baş direktorun birinci müavini Tofiq Heydərov, "Kranji Solution" şirkətinin texniki direktoru Michel van Vorselen və "MySep Pte" şirkətinin rəhbəri Guy Hellinx imzalayıblar.

Razılaşmaya əsasən, "Azneft"in strukturuna daxil olan neft və qazçıxarma idarələrinin qazyığım və nəql sistemində istismar edilən separatorların mövcud rejimlərə uyğun modernləşdirilməsi həyata keçiriləcək, həmçinin sahə üzrə 10 nəfər əməkdaşa təlim keçiriləcək.

Nəticədə separatorların layihələndirilməsi, nasazlıqların aradan qaldırılması, uyğunluq və güc artımı ilə bağlı yoxlamalar yerli mütəxəssislərimiz tərəfindən müstəqil şəkildə həyata keçiriləcək, yığım və nəql sistemlərində mürəkkəbləşmə riskləri minimuma endiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti