Bakı. Trend:
Türkiyə hökuməti Rusiya ilə Qara dəniz sahilində yerləşən Sinop şəhərində və ölkənin Avropa hissəsindəki Trakiyada səkkiz atom reaktorunun tikintisi ilə bağlı danışıqlar aparır.
Trend xəbər verir ki, bu barədə Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar bildirib.
Nazir xatırladıb ki, hazırda Rusiyanın “Rosatom” dövlət korporasiyası ilə birlikdə “Akkuyu” Atom Elektrik Stansiyasının inşası davam edir və layihənin ilk reaktorunun 2026-cı ildə istismara verilməsi planlaşdırılır.
“Bundan əlavə, Sinop və Trakiya bölgələrində daha səkkiz yeni reaktorun tikintisinə ehtiyac var. Hazırda bu istiqamətdə müzakirələr aparılır”, – deyə Bayraktar qeyd edib və “Akkuyu” layihəsinin tamamlanmasının hələ də əsas prioritet olaraq qaldığını vurğulayıb.