...

Gəncədə qəsdən adam öldürmə faktı üzrə cinayət işi başlanıb

Hadisə Materials 9 Oktyabr 2025 12:35 (UTC +04:00)
Gəncədə qəsdən adam öldürmə faktı üzrə cinayət işi başlanıb
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Oktyabrın 8-də saat 12 radələrində Gəncə şəhəri, Mahrasa bağı 94 ünvanında 2009-cu il təvəllüdlü C.Vəliyevin (şərti) ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

Trend xəbər verir ki, bu barədə Gəncə şəhər prokurorluğu məlumat yayıb.

Bildirilib ki, araşdırma zamanı 2007-ci il təvəllüdlü B.Zamanovun (şərti) bıçaqla xəsarətlər yetirməklə C.Vəliyevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

B.Zamanov könüllü gələrək polisə təslim olub və şəhər prokurorluğu tərəfindən şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti