...

Ədəbiyyat üzrə nobel mükafatı bu yazıçıya təqdim olundu

Dünya xəbərləri Materials 9 Oktyabr 2025 15:53 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

2025-ci ilin Ədəbiyyat üzrə “Nobel” mükafatı macar yazıçısı Lazlo Kraşnahorkainə verilib.

Bu barədə Trend xarici KİV-ə istinadən xəbər verir.

Yazıçı apokaliptik dəhşətlərin fonunda incəsənətin gücünü təsdiqləyən, təsirli və uzaqgörən əsərə görə” bu mötəbər ədəbi mükafata layiq görülüb.

Kraşnahorkai 1954-cü ildə Macarıstanın Gyula şəhərində anadan olub. O, yazmağa hələ tələbəlik illərində başlayıb. Yazıçının ilk əsəri “Tebenned hittem” (“Sənə inanmışdım”) 1977-ci ildə Budapeştdə nəşr olunan “Mozo Vilag” jurnalında dərc edilib. Sonralar Kraşnahorkainin bir sıra əsərləri, o cümlədən “Şeytani tanqo” (1985) və “Müqavimətin melanxoliyası” (1989) romanları macar rejissoru Béla Tarr tərəfindən ekranlaşdırılıb.

2015-ci ildə yazıçı Beynəlxalq Buker mükafatına layiq görülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti