Bakı. Trend:
"AzQr" standartını artıq assosiasiya iştirakçılarına təqdim etmişik.
Trend xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədr müavini Vüsal Xəlilov "Baku Fintech Forum 2025"də deyib.
O bildirib ki, bununla bağlı müzakirələr də olub: "Düşünürük ki, bu sektorun inkişafında önəmli addımlardan olacaq. Bu standartların tətbiqində əsas məqsəd vətəndaşların daha inklüziv xidmətin verilməsi, həmçinin hər bir bankın, hər bir fintex təşkilatının tətbiqi vasitəsi ilə istənilən QR ödəmək mümükün olsun. Bu da açıq ödəniş sisteminin inkişafına böyük töhfə verəcək".