...

“Barselona” Frenki de Yonqla yeni müqavilə imzalamağa yaxındır

İdman Materials 9 Oktyabr 2025 00:24 (UTC +04:00)
“Barselona” Frenki de Yonqla yeni müqavilə imzalamağa yaxındır
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

“Barselona” yarımmüdafiəçi Frenki de Yonqla müqavilənin uzadıldığını elan etməyə hazırlaşır.

Trend-in məlumatına görə, klub və futbolçu arasında danışıqların son mərhələsi gedir və yaxın vaxtlarda razılaşmanın rəsmiləşdirilməsi gözlənilir.

Proses futbolçunun nümayəndələrinin dəyişməsi səbəbindən bir qədər yubansa da, tərəflər arasında maliyyə məsələləri ilə bağlı hər hansı anlaşılmazlıq yaranmayıb.

28 yaşlı hollandiyalı futbolçu 2019-cu ildən “Barselona”nın heyətində çıxış edir. O, “Ayaks” klubundan 86 milyon avroya transfer olunub. Bu müddət ərzində de Yonq kataloniyalıların heyətində 267 oyun keçirib, 19 qol vurub və 24 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər lenti

Xəbər lenti