...

Xorvatiya ilə əlaqələr uğurla inkişaf edib və strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib - Sahibə Qafarova

Siyasət Materials 8 Oktyabr 2025 13:22 (UTC +04:00)
Xorvatiya ilə əlaqələr uğurla inkişaf edib və strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib - Sahibə Qafarova
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Xorvatiya Parlamentinin sədrinin Azərbaycana rəsmi səfəri bir sıra məqamları ilə əlamətdardır.

Trend xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova Xorvatiya Parlamentinin sədri Qordan Yandrokoviçlə birgə keçirdiyi mətbuat konfransında deyib.

“Bu səfər ölkələrimiz arasında diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümünə təsadüf edir. Digər tərəfdən isə bu səfər son 11 ildə iki ölkə arasında parlament sədrləri səviyyəsində həyata keçirilən ilk səfər və görüşdür. Bu mənada Qordan Yadrokoviçin səfəri ölkələrimiz və parlamentlərimiz arasındakı əlaqələrin daha da dərinləşməsinə töhfə verəcək”, - deyə o vurğulayıb.

Spiker bildirib ki, nümayəndə heyətləri arasında keçirilən görüşdə Azərbaycan-Xorvatiya əlaqələrinin dostluq və qarşılıq hörmət prinsiplərinə əsaslandığı qeyd edilib:

“Ötən 30 ildə əlaqələr müxtəlif sahələr üzrə uğurla inkişaf edib və strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. İki ölkə arasındakı fəal siyasi dialoqu, ali və yüksək səviyyəli səfərləri, müntəzəm təmasları xüsusi vurğulamaq lazımdır. Prezident İlham Əliyevin Xorvatiyaya üç rəsmi səfəri, Baş nazir Andrey Plenkoviçin Azərbaycana 2023-cü ilin noyabrında rəsmi və 2024-cü ilin noyabrında işgüzar səfərləri, eyni zamanda Davos İqtisadi Forumu çərçivəsində keçirilmiş ikitərəfli görüşlər qarşılıqlı maraq doğuran məsələlərin və gələcək əməkdaşlıq perspektivlərinin müzakirəsi baxımından olduqca əhəmiyyətli olub”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti