...

Azad edilmiş ərazilərdə daha 490 ev layihələndiriləcək

Tender müsabiqələri Materials 8 Oktyabr 2025 11:19 (UTC +04:00)
Azad edilmiş ərazilərdə daha 490 ev layihələndiriləcək
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanına azad edilmiş ərazilərində bərpa-quruculuq, yenidənqurma işləri davam etdirilməkdədir.

Trend-in məlumatına görə, bu işlərin davamı kimi Ağdərə və Xocalıda 490 fərdi yaşayış evi təmir olunacaq.

Belə ki, Ağdərə rayonunun Çıldıran, Vəngli, Aşağı Oratağ, Heyvalı kəndlərində 184 fərdi yaşayış evi, Xocalı rayonunun isə Mehdibəyli, Pirlər, Daşbulaq, Badara, Xanabad, Seyidbəyli kəndlərində 306 fərdi yaşayış evinin cari təmirinin layihələndirilməsi işləri həyata keçiriləcək.

Məlumata əsasən, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti artıq bununla bağlı müvafiq işləri yekunlaşdırıb.

Qurum sözügedən işlərin icrasını "Promor" və “Monotech AZ” Məhdud Məsuliyyətli Cəmiyyətlərinə (MMC) həvalə edib və müqavilə bağlayıb.

Müqaviləyə əsasən, fərdi yaşayış evlərinin təmirinin layihələndirilməsi üzrə MMC-lərə ümumilikdə 448,9 min manat ödənilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti