Bakı. Trend:
Hindistanın şimalında yerləşən Himaşal Pradeş ştatında torpaq sürüşməsi nəticəsində kütlənin avtobusun üzərinə aşması nəticəsində azı 15 nəfər həlak olub.
Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, aramsız leysan yağışlardan sonra baş vermiş hadisə Bilaspur rayonunda qeydə alınıb. Hadisə vaxtı avtobusda azı 25 sərnişin olub. Qurbanlardan dördü qadın, ikisi uşaq olub.
Təbii fəlakət yerinə cəlb olunmuş xilasedicilər öldüyü zənn edilən itkin sərnişinləri tapmağa çalışır.