...

Xaçmaz Rayon İcra Hakimiyyətində növbəti vətəndaş qəbulu keçirilib (FOTO)

Cəmiyyət Materials 8 Oktyabr 2025 13:48 (UTC +04:00)
Xaçmaz Rayon İcra Hakimiyyətində növbəti vətəndaş qəbulu keçirilib (FOTO)
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Xaçmaz Rayon İcra Hakimiyyətində növbəti vətəndaş qəbulu keçirilib.

Trend xəbər verir ki, Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev idarə, müəssisə və təşkilat rəhbərləri, eləcə də yerli icra nümayəndələri və bələdiyyə sədrlərinin iştirakı ilə vətəndaşların fərdi qaydada müraciət və təkliflərini dinləyib.

Bildirilib ki, qəbulda əvvəlcədən müraciət etmiş sakinlər iştirak ediblər.

Müraciətlər məşğulluq, əlillik dərəcəsinin müəyyən edilməsi, torpaq sahəsinin sənədləşdirilməsi, yolların təmiri və digər sosial məsələləri əhatə edib. Səsləndirilən müraciətlərin bir qismi yerindəcə həllini tapıb, araşdırılması tələb olunan məsələlər isə müvafiq qurumlara yönləndirilib.

Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev vətəndaşların qaldırdıqları məsələlərin operativ həlli və nəzarətə götürülməsi ilə bağlı qəbulda iştirak edən məsul şəxslərə tapşırıqlar verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti